Biznesmeni oğlunun ad günündə vəhşicəsinə öldürdülər

Milyonçu 22 yaşındakı oğlunun ad günündə qətlə yetirilib.
Datta Fuqe - öldürülən biznesmen
Datta Fuqe - öldürülən biznesmen

Hindistanda “Qızıl adam” kimi məşhurlaşan iş adamı Datta Fuqe öldürülüb. ANS PRESS-in məlumatına görə, milyonçu 22 yaşındakı oğlunun ad günündə öldürülüb. Bu barədə The Indian Express məlumat yayıb.

Məlumata görə, D.Phugeni oğlunun gözü qarşısında 12 nəfər tərəfindən daşlanıb, daha sonra bıçaqlanıb. Cinayətlə bağlı 4 nəfər saxlanılıb. İddia olunub ki, hadisə biznesmenin işçiləri arasında pul anlaşılmasızlığına görə olub.

Datta Fuqe 2013-cü ildə 250 min dollar 3.5 kiloqram çəkidə qızıl köynək alıb. Onun bu hərəkəti internetdə sürətlə yayılaraq məşhurlaşmışdı.

Datta Fuqenin qızıldan köynəyi
Datta Fuqenin qızıldan köynəyi
 

Şərhlər