Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
ANS PRESS-in məlumatına görə, münaqişənin həllinə Con Kerrinin Moskva səfəri zamanı toxunulub.
Tərəflər, həmçinin Suriya, Ukrayna münaqişələri və iki ölkə arasında münasibətlər müzakirə edilib.
"Siz bu yaxınlarda İsraildə səfərdə olmusunuz. Ona görə məhsuldar danışıqların olacağına ümid edirik”, - deyə Lavrov Kerri ilə mətbuat konfransında bildirib.
Moskvada Kerrini bir gün əvvəl prezident Vladimir Putin qəbul edib.
V.Putin münaqişələrin nizamlanmasında Rusiya Federasiyası və ABŞ-ın qarşılıqlı səylərini qeyd edib. Ölkə rəsmiləri görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyiblər.
Lakin daha əvvəl Kerri və Putinin Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyi barədə məlumat yayılmışdı.