Çavuşoğlunun Bakıya səfəri başladı

Türkiyə XİN rəhbəri prezidentdən sonra, azərbaycanlı həmkarı ilə də görüşüb.
Mövlud Çavuşoğlu - Türkiyə XİN başçısı
Mövlud Çavuşoğlu - Türkiyə XİN başçısı

13:31 / Nazirlərin mətbuat konfransı başladı

"Mən həmkarımı Dağlıq  Qarabağ münaqişəsi ətrafında danışıqlar barədə məlumatlandırdım." ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra mətbuat konfransında deyib. 

"Doğurdanda münaqişənin həlli ətrafinda intensiv danışıqlar gedir. Belə intensiv danişıqların getməsi bizi nəticələrə ümidləndirər. Mərhələli həll prosesində Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxmalıdıdır".

Nazir həmçinin əlavə edib ki, danışıqlar intensiv formada aparılmalıdır. "Ermənistanda bəzi qüvvələr danışıqların aparılmasını istəmirlər. Ona görə də son gunlər təxribatlar  törədirlər" - deyə Elmar Məmmədyarov qeyd edib. 

Onun sözlərinə görə, baş verən xoşagəlməz hadisələr göstərir ki, danışıqların intensivləşməsini istəməyən qüvvələr mövcuddur. Ermənistan əsgərləri təmas xəttində qaldıqca, bu cür xoşagəlməz hadisələr baş verməyə davam edəcək.

Öz növbəsində Mövlud Çavuşoğlu qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsi ətrafindakı danışıqları izləyirik  "Biz münaqişəni Azərbaycanın ərazi bütövlüyu çərçivəsində həll edilməsini istəyirik."

O eyni zamanda İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib. "Bu səhər prezident İlham Əliyev bizi qəbul etdi. Son zamanlar Türkiyədə çox sayda terror hadisəsi bas verib. Azərbaycan xalqına və prezidetinə dəstəyə görə təşəkkür edirəm. İki prezidentin dostluğu qısqanılacaq səviyyədədir. Biz görüşlər zamanı ikitərəfli münasibətləri müzakirə etdik" - deyə Çavuşoğlu çıxışını davam etdirib. 

Mətbuat konfransında Türkiyənin xarici işlər naziri həmçinin Türkiyə-Rusiya əlaqələrinə toxunub və deyib ki, hazırda iki dövlət arasında münasibətlər istiləşir. "Təyyarə qalmaqlından sonra Rusiyanin Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi. Amma biz Moskvaya qarşı heç bir tədbir görmədik. Hazırda münasibətlər istiləşir. Rusiyaya göndərdiyimiz heyyət turizm və digər sahələrdə, xüsusilə çarter reyslərinin təşkili ilə bağlı məsələləri müzakirə edib".

12:45 / Geniştərkibli görüş başladı

Azərbaycan və Türkiyə XİN rəsmiləri arasında geniştərkibli görüş başlayıb. Elmar Məmmədyarov M.Çavuşoğluna Dağlıq Qarabağ münaqişəsinin həllində verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Türkiyə rəsmisi isə münaqişənin həllində dəstəyin davam edəcəyini deyib. Mövlud Çavuşoğlu Azərbaycanın yaxşı və pis günün dostu olduğunu xüsusi vurğulayıb.

12:04 / Çavuşoğlu ilə Məmmədyarov arasında görüş başladı

Bakıda səfərdə olan Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə azərbaycanlı həmkarı Elmar Məmmədyarov arasında təkbətək görüş başlayıb. 

Görüşdən sonra nazirlərin jurnalistlərə açıqlama verəcəyi gözlənilir. 

Onların ikitərəfli əlaqələr, xüsusilə Dağlıq Qarabağ məsələsini müzakirə edəcəyi gözlənilir. 

11:26 / Prezident Çavuşoğlunu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Dövlət başçısı Varşavada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü və ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi ilə bağlı danışmaq fürsəti əldə etdiklərini məmnunluqla vurğulayıb. Prezident İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırımın ilk xarici səfərinin Azərbaycana etməsinin önəmini də qeyd edib. Birgə layihələrin vaxtında icra olunmasına toxunan dövlət başçısı Azərbaycan-Türkiyə birliyinin və dostluğunun getdikcə daha da möhkəmləndiyini və artıq bir çox sınaqlardan çıxdığını qeyd edərək bildirib ki, xalqlarımız və digər ölkələr bu birliyin və qardaşlığın möhkəm və sarsılmaz olduğunu görürlər.

Ölkələrimizin bundan sonra da bir-birinin yanında olacağını deyən İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana bu səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi istiqamətində növbəti addım olacağına əminliyini ifadə edib.

Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlət başçısına çatdırıb. O, Prezident İlham Əliyevin NATO-nun Varşava Zirvə toplantısında iştirakının və keçirdiyi görüşlərin önəmini vurğulayıb. Mövlud Çavuşoğlu Türkiyə ilə Rusiya arasında əlaqələrin düzəlməsində verdiyi güclü dəstəyə görə ölkəsi və xalqı adından İlham Əliyevə minnətdarlığını bildirib.

Türkiyənin xarici işlər naziri son vaxtlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların yaxşı nəticələr verdiyini dedi və bu uğurların ölkəsində sevinclə qarşılandığını qeyd edib. Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin mükəmməl olduğunu vurğulayan Mövlud Çavuşoğlu xüsusilə son bir ildə əlaqələrimizin daha sıx şəkildə inkişaf etdiyini deyib.

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi

10:00 / Çavuşoğlu Bakıda

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.  Türkiyə xarici işlər naziri  Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olacaq. 

Comments