Vahid Mustafayev “Nəzər nöqtəsi”nin qonağı olub

“O vaxt Elçibəy Gəncənin bombalanmasına mane oldu, qoymadı ki, qırıcı təyyarələr qalxsın”.
Vahid Mustafayev - ANS Şirkətlər Qrupunun prezidenti, tanınmış hərbi repartyor
Vahid Mustafayev - ANS Şirkətlər Qrupunun prezidenti, tanınmış hərbi repartyor

İyirmi üç il öncə Azərbaycan fəlakətdən döndü. Bu barədə ANS Şirkətlər Qrupunun prezidenti, tanınmış hərbi reportyor Vahid Mustafayev “Nəzər nöqtəsi”nin efirində bildirib.

Vahid Mustafayevin sözlərinə görə, 1993-cü ildə Azərbaycan qardaş qırğınının astanasında idi. Bakıda hakimiyyətin bəzi təmsilçiləri Gəncəni qırıcı təyyarələrlə bombalamaq istəyirdilər, Gəncədən Bakıya isə peşəkar komandirlərin rəhbərlik etdiyi nizami ordu hücum etmişdi. Eyni zamanda ölkənin şimalında və cənubunda yeni separatçılıq dalğaları başlamışdı.

“Yaxşı ki, o vaxt Elçibəy Gəncənin bombalanmasına mane oldu, qoymadı ki, qırıcı təyyarələr qalxsınlar. Onlar qalxıb Gəncəni bombalasaydı, siz təsəvvür edirsiniz nə baş verəcəkdi?  Gəncə bunu bir dəfə yaşamışdı - 20-ci əsrin əvvəlində. Bolşeviklər gəlib orda bizim müstəqillik sevən insanların başlarını kəsmişdilər. Sonra da Dumanın balkonuna qalxaraq bəyan etmişdilər ki, Gəncədə başıpapaqlı saxlamadıq, hamısının başını kəsdik. Mən qururla deyirəm, nə yaxşı ki, o vaxt Heydər Əliyev siyasi arenaya qayıtdı”,- deyə Vahid Mustafayev vurğulayıb.   

Vahid Mustafayev 1993-cü il hadisələri barədə