Türk hərbçilərdən terrorçulara bombalı mesaj

Türkiyə qırıcılarının PKK hədəflərinə atdığı bombaların üstünə bəzi sözlər yazılıb.
Türkiyə Hərbi Aviasiyasına aid F-16 qırıcıları
Türkiyə Hərbi Aviasiyasına aid F-16 qırıcıları

Türkiyə hərbi aviasiyasına aid qırıcıların ötən gecə səhərə yaxın PKK terrorçularına qarşı keçirdiyi hərbi əməliyyat barədə maraqlı fakt açıqlanıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Türkiyə qırıcılarının PKK hədəflərinə atdığı bombaların üstünə bəzi mesajlar yazılıb.

Bildirilir ki, Türkiyə “F-16” qırıcılarından atılan bombaların üstündə “Qınamırıq vururuq”, “Ankara şəhidlərimizin adına”  - kimi yazılar yazıldığını əks etdirən foto şəkillər sosial şəbəkələrdə paylaşılıb. 

Üzərinə mesaj yazılmış bombalar
Üzərinə mesaj yazılmış bombalar

Bombanın üstündə yazılan mesajın altında göstərilən “13.03.2016” tarixi də bu mesajların həmin tarixdə paytaxt Ankarada çox sayda insanın ölümü ilə nəticələnən terakta cavab olduğunu göstərir.  

Martın 13-də Türkiyənin paytaxtı Ankarada 37 nəfərin ölümünə səbəb olan qanlı terror aktından sonra ölkə miqyasında terrorçulara qarşı hərbi əməliyyatlara başlanılıb. Türkiyə Silahlı Qüvvələrinə aid hərbi təyyarələr gecə boyunca Şimali İraqın Türkiyə ilə sərhəddindəki Kandil dağında PKK terror qruplaşmasına aid hədəfləri bombardıman edib. 

Məlumata görə, Türkiyə vaxtı ilə 03.20 – 05.30 saatları aralığında kəşfiyyat nəticəsində Kandil bölgəsində müəyyən edilən hədəflər (silah anbarı, sığınacaqlar) 9 "F-16" və  iki "F-4 2020" ilə bombalanıb. 

Ankara - terror hadisəsinin baş verdiyi yer
Ankara - terror hadisəsinin baş verdiyi yer

Baş Qərargah İraqın şimalındakı PKK-ya aid 18 hədəfin uğurlu hava hərəkatı ilə məhv edildiyini açıqlayıb. Müəyyən edilən hədəflərə 30 dəfə atəş açılıb. 

Ötən bazar günü yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı “Qızılay” meydanının yaxınlığında terror hadisəsi baş verib. Kamikadzenin hərəkətdə olan avtomobillə avtobus dayanacağında törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 37 nəfər ölüb, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Şərhlər