Samir Şərifovla bağlı casus ittihamı kimin marağındadır?

Araşdırmaçı jurnalist “Nəzər nöqtəsi” proqramında ciddi ittihamlar səsləndirib.
Eynulla Fətullayev
Eynulla Fətullayev

Samir Şərifov maliyə naziridir. O, çox peşəkar dövlət xadimidir. Amma Samir Şərifov dünya siyasətində elə bir fiqur deyil ki, Yuri Şvets və yaxud hansısa beynalxalq ekspert onun keçmişi tarixi ilə məşğul olsun, araşdırsın və bununla bağlı ictimai rezonansa səbəb olacaq kitab yazsın”.

Həmin faktlarla tanış olduqda ittihamın heç bir əsasının olmadığı görünür.

Bu sözləri ANS TV-nin “Nəzər nöqtəsi” proqramında araşdırmaçı jurnalist Eynulla Fətullayev Ukrayna KİV-də Azərbaycanın maliyyə naziri Samir Şərifovun cəsusluqda ittiham olunması ilə bağlı yayılan məlumatlar barədə danışarkən bildirib.

Onun sözlərinə görə, söhbət müsahibədən getmir, söhbət hələ dərc olunmamış, nəşr edilməmiş kitabdan gedir: "Birdən birə Ukrayna jurnalisti bu kitabın bir versiyası ilə tanış olur və Yuri Şvetslə bu barədə danışır. Maraqlıdır nədən hələ çap olunmamış kitabda ukraynalı jurnalist yüzlərlə personajın içində məhz Azərbaycanın maliyə naziri Samir Şərifova xüsusi diqqət göstərir. Amerikalı analitikə məhz azərbaycanlı nazirlə bağlı suallar ünvanlayır. Amerikalı analitik isə azərbaycanlı nazirin keçmişi ilə bağlı güya sensasion faktlar söyləməyə başlayıb. Guya Samir Şərifov SSRİ, Rusiya, Türkiyə və ABŞ kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edib. Subut yoxdur. Sübut guya ki, Rusiya kəşfiyyatı tərəfindən bu amerikalı ekspertə sızdırılmış bir əməliyyat arayışıdır”, - deyə Fətullayev qeyd edib.

E.Fətullayev qeyd edib ki, yuxarıda deyilən faktlarla tanış olduqda ittihamın heç bir əsasının olmadığı görünür.

Eynulla Fətullayev Ukrayna KİV-də Azərbaycanın maliyyə naziri Samir Şərifovun cəsusluqda ittiham olunması ilə bağlı yayılan məlumatların və maliyyə nazirinə qarşı yazılan bu ittihamların arxasında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun dayandığını qeyd edir. 

Sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın“Qordon” agentliyinə müsahibəsində Azərbaycan hökumətini silkələyəcək ittihamlar səsləndirib. O, özünün yeni kitabı haqda danışarkən, Azərbaycanın yüksək siyasi elitasında təmsil olunan və hazırda Kremlə işləyən “üçqat agentdən” də bəhs edib.

Andropov adına Xarici Kəşfiyyat İnstitutunda Putinin kurs yoldaşı olmuş Yuri Şvetsbütün dünya üzrə fəaliyyət göstərən və bu gün də işləməkdə davam edən sovet və Rusiya agenturası barədə yeni kitab yazmağa başlayıb. Onun yeni kitabında haqqında danışılan Azərbaycanın yüksək vəzifəli məmuru isə maliyyə naziri Samir Şərifovdur. Şvetsin iddiasına görə, agentura məlumatlarında bildirilir ki, Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib, indi yenidən Kreml tərəfindən ələ alınıb.