Onu güdmək 12,6 milyona başa gəlib

Polis bu vəsaiti cinayətkarlıqla qarşı mübarizəyə sərf etmək fikrindədir.
"WikiLeaks" saytının yaradıcısı Culian Assancın sığındığı Londondakı Ekvador səfirliyi ətrafında 24 saatlıq növbətçilik ləğv edilib.

ANS PRESS-in məlumatına görə, Assanc 2012-ci ildən bu səfirlikdə gizlənir.

İndiyədək səfirlik ətrafında patrul xidməti Britaniya hökumətinə 12,6 milyon funt-sterlinqə başa gəlib. Polis bu vəsaiti cinayətkarlıqla qarşı mübarizəyə sərf etmək fikrindədir. Amma Polisin məlumatında bildirilir ki, onlar Culian Assancı həbs eləmək üçün başqa, yeni üsullara yollara əl atacaqlar. Bəyanatda bildirilir ki, o səfirlikdən çıxan kimi həbs ediləcək.


Culian Assanc

Assancı seksual zorakılıqda ittiham edən İsveç hökuməti də onun ekstradisiyasını tələb edir. Assanc özü isə ABŞ-a verilməsindən qorxur. ABŞ onu ölkəyə dair məxfi sənədləri yaymaqda və casusluqda ittiham edir və buna görə ona Birləşmiş Ştatlarda ölüm hökmü çıxarıla və ya uzunmüddətli həbsə sala bilərlər. Assanc ABŞ hökumətindən sızmış məxfi sənədləri 2010-cu ildə yayıb. Amerika hökuməti bildirib ki, məxfi sənədlərin açıqlanması ona və onun üçün işləyən bəzi diplomatlara və informasiya verən yerli sakinlərə zərbə vurub. Məsələn, Ekvadorla bağlı məxfi sənədin çapından sonra prezident Rafael Correa Amerika səfirini ölkədən qovmuşdu.



Həmin sənədə görə, səfir Ekvadorun daxili işlər nazirinin rüşvətxor olduğunu, Correanın bundan xəbəri olsa da, tədbir görmədiyini deyib. Ekvadorun xarici işlər naziri Patino bildirib ki, Assanc Isveçə verilsə, məhkəməsi ədalətli olmaya, barəsində siyasi motivli qərar çıxarıla bilər.


London xəritədə