Türkiyə Hərbi Hava Qüvvələri 2001-ci ildə Azərbaycanda imza atdıqları rekordu təkrarlamaq istəyir.
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Türk Ulduzları 2001-ci il avqustun 24-də Bakıda 1 milyondan çox insanın izlədiyi avişounu ölkənin Malatya və Elazığ şəhərlərində təkrarlamağı qarşısına məqsəd qoyub.
Onlar iyulun 30-da Elazığ, iyunlun 31-də isə Malatya şəhərində on minlərlə insan qarşısında çıxış edəcəklər.
Amma aviaşouda nə qədər tamaşaçının olacağı barədə məlumat yoxdur.
1992-ci ildən bəri türk ulduzları 23 ölkədə 10 milyondan çox tamaşaçıya həyəcanlı aviaşou göstəriblər. Türk Ulduzları dünyada səsdən sürətli döyüş təyyarələrinin olduğu tək pilot qrupudur.
Türk Ulduzları qrup komandiri pilot Şenol Çetin onların Türkiyə Silahlı Qüvvələrinin göydəki milli komandası olduğunu deyib. Çetin şəhidlər üçün uçduqlarını bildirib.
Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları 2001-ci il avqustun 24-də Bakıda aviaşou nümayiş etdiriblər. Həmin vaxt şounu 1 milyondan çox insan izləyib. Aviaşou Xəzər dənizinin və Bakı şəhərinin üzərində təşkil edilib. Şou zamanı pilotlar dənizdə və quruda təhlükəli manevrlər etməklə tamaşaçılara həyəcanlı anlar yaşadıblar.