Böyük Britaniyanın baş naziri Devid Kemeronun istefasını kraliça II Yelizeveta qəbul edib. ANS PRESS-in məlumatına görə, Bukinhem sarayından bildirilib ki, kraliça baş nazirinin istefasını "nəzakətlə qəbul edib". Kraliça Tereza Meyi hökümət başçısı edib.
59 yaşlı siyasətçi 2010-cu ildən Britaniyanın daxili işlər naziri olub. "Dəmir ledi" Marqarit Tetçer hakimiyyətdən gedəndən 26 il (1979-1990) sonra krallıqda hökumətə yenidən qadın başçılıq edəcək.