"Ermənistan danışıqlara uduzmuş tərəf kimi gedir"

Rəsmi İrəvan Sankt-Peterburq görüşü ərəfəsi ciddi narahatlıq içindədir.
Rasim Musabəyov - millət vəkili, politoloq
Rasim Musabəyov - millət vəkili, politoloq

Ermənistan tərəfi prezidentlərin iyunun 20-də Sankt-Peterburqda keçiriləcək görüşünə istəksiz gedir.

Bu barədə ANS TV-nin birbaşa efirində millət vəkili, politoloq Rasim Musabəyov  İlham Əliyev və Serj Sarkisyanın iyunun 20-də Sankt-Peterburqda keçiriləcək görüşünü şərh edərkən bildirib:

"Ermənistan parlamenti Rusiya ilə havdan müdafiə sistemlərinin birgə istifadəsi ilə bağlı sazişi təsdiq etməli idi, gündəlikdən çıxardılar. Daima şikayət edirlər ki, 200 milyon dollarlıq kredit çərçivəsində onlara silah gəlməli idi, gəlib çıxmadı. Bütün bunlar göstərir ki, narahatdırlar".    

Lakin bununla belə, Rasim Musabəyovun fikrincə, Ermənistanın Rusiyadan asılılığı həddindən yüksəkdir və buna görə də onların Moskvanın istəyinə boyun əyməkdən başqa yolları yoxdur.

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi prezidentlərin görüşünə üstün miövqe ili gedir: "Aprel döyüşlərindən sonra, təbii ki, Azərbaycanın mövqeyi üstündür. Ermənilərin həvəssiz olmasının bir səbəbi də danışıqlara uduzmuş tərəf kimi qatılmalarıdır".               

Rasim Musabəyov prezidentlərin görüşü barədə
 

Şərhlər