Qondarma rejim Vaşinqtonda məkan qurub?!

1997-ci ildən bu günədək Dağlıq Qarbağın Birləşmiş Ştatlardakı daimi nümayəndəliyi kimi fəaliyyət göstərən təşkilat aşkarlanıb.
ABŞ-dakı Ermənistan səfirliyi
ABŞ-dakı Ermənistan səfirliyi

Azərbaycanın ABŞ-dakı səfirliyi erməni lobbisinin təxribatına aydınlıq gətirib. Ağ evin bir addımlığında  qondarma rejimin nümayəndələrinin ofisi adı altında fəaliyyət göstərən qurum sadəcə bir lobbiçilik qrupudur.
Bəs necə olub ki, qondarma rejimin nümayəndələri Vaşinqtonda özlərinə məkan qurub?! Ofislə əlaqə saxlasaq da bizi qarşılamağa gələn erməni söylədi ki, bura Amerika-Ermənistan cəmiyyətidir. Qondarma rejimin nümayəndələrinə oturmaq üçün yer vermişik. Binanın girişində onların mövcudluğunu göstərən hər hansı bir lövhə vurulmayıb.
Orda olduğumuz vaxt ərzində isə onlar da bizi öz telefonları ilə lentə alırdı.
Kiçik araşdırmamız onu göstərir ki, ermənilər bu ofisi  1997-ci ildə alıblar. Təşkilat fəaliyyətə Dağlıq Qarabağın Birləşmiş Ştatlardakı daimi nümayəndəliyi kimi başlayıb. Mövzunu Azərbaycanın Vaşinqtondakı səfirliyi ilə müzakirə etdik.

Qənirə Ataşova - ABŞ-dakı erməni lobbisi

Səfirliyin ikinci katibi  Natiq  Baxışovla söhbətimizdən bəlli oldu ki, diplomatlarımız bu barədə kifayət qədər məlumatlıdırlar. Birləşmiş Ştatların Ədliyyə Nazirliyi bu ofisi, xarici agentlərin qeydiyyat aktı üzrə sənədləşdirib. İkinci Dünya müharibəsi dönəmindən qüvvədə olan akt ölkə xarici ilə əlaqəsi olan qrumları bir araya toplayır. Bu aktla qeydiyyatdan keçən qurumun hec bir siyasi və diplomatik mövqeyi olmur. Bu o deməkdir ki, Dağlıq Qarabağ ermənilərinin Amerikadakı fəaliyyəti siyasi olmamalıdır.

"Dağlıq Qarabağ ermənilərinin Amerikadakı fəaliyyəti siyasi olmamalıdır."

Diplomatlarımızın səyi nəticəsində qurumun adını dəyişdirmək mümkün olub. Ermənilərin təqdimatına baxmayaraq rəsmi sənədlərdə Dağlıq Qarabağın Amerikadakı ofisi kimi tanınır.

Təbii ki, bizim mübarizəmiz davam edir. Biz hər vəchlə çalışırıq ki, həmin ofisdə bu tipli təşkilatların fəaliyyətlərini minimuma endirək. Bu bizim burdakı fəaliyyətlərimizin əsaslarından biridir.
Amerikanın hüquqi sisteminə görə, ofis siyasi yox, agent təşkilatı olduğu üçün üzvləri hər addımları barədə hesabat verir. Təəssüf ki, Amerika hüquqi sisteminin tələbinin əksinə olaraq Ermənistan bu ofisdən də siyasi məqsədlər üçün istifadə etməyə çalışır.
İndi diplomatlarımız Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatları qarşısında ofisin fəaliyyətinin məhdudlaşdırılmasını qaldırıblar.

 

Şərhlər