Güclü partlayış 60 nəfərin həyatına son qoydu

Bağdadda baş verən partlayışa görə məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Bağdadın şimal-şərqində güclü partlayış baş verib. Partlayış nəticəsində 60 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb.

ANS PRESS-in məlumatına görə, hadisə İraqın paytaxtının şimal-şərqində yerləşən Sədr-Siti rayonunda olub.

Partlayışa səbəb bazarların birinin qarşısında avtomobilə quraşdırılan partlayıcının işə düşməsi olub.


Partlayışın baş verdiyi bazar


İŞİD-in partlatdığı avtomobil

Hadisəyə görə məsuliyyəti İŞİD silahlı qruplaşması öz üzərinə götürüb. Hazırda bu qruplaşma İraqın şimal və qərb ərazilərinə nəzarət edir.

Avqustun 3-ü İraqın şimal şəhəri Bakubada da iki partlayış nəticəsində 42 nəfər ölüb, 70-ə yaxın insan isə yaralanıb. o zaman hadisənin İŞİD qruplaşması tərəfindən törədilməsi təsdiqlənib.

Analoji hal iyul ayında, Ramazan bayramı ərəfəsində İraqın Diyalə ərazisində baş verib. Nəticədə 115 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb.