İlham Əliyevdən zəbt edilən torpaqlarla bağlı sərəncam

Prezident Dövlət Proqramını təsdiqlədi.
İlham Əliyev - Azərbaycan Respublikasının prezidenti
İlham Əliyev - Azərbaycan Respublikasının prezidenti

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezident zəbt edilən torpaqlarla bağlı problemə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda toxunmuşdu. 
"Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahəsi hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var”. 

Prezident deyib ki, torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir.
Dövlət başçısı zəbt edilmiş o torpaqların bir hissəsinin məmurlara məxsus olduğunu deyib. "Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan, yaxud da digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər.

Ona görə Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər".

 

Şərhlər