Azərbaycan qırıcıları Qarabağ səmasına qaldırdı

Uçuşlarda 12 təyyarə və 41 helikopter iştirak edir.
164615_src
164615_src

Bu gün Azərbaycan Hərbi-Hava Qüvvələri cəbhə xəttinin bilavasitə yaxınlığında təlim-məşq uçuşlarına başlayıblar. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.

“Uçuşlar cənub-şərq istiqamətinin 30 km məsafəsində yerinə yetirilib. Saat 11:00-a olan vəziyyətə görə, uçuşlarda 12 təyyarə və 41 helikopter iştirak edir”, - deyə məlumatda bildirilib. 

Azərbaycan Müdafiə Nazirliyinin bu barədə açıqlama verəcəyi gözlənilir.

Azərbaycan qırıcısı
Azərbaycan qırıcısı

Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçirilib. 

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nüdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub. 

Azərbaycan ordusuna məxsus hərbi texnika
Azərbaycan ordusuna məxsus hərbi texnika
https://www.youtube.com/watch?time_continue=1&v=0H3h8rt_yAk