Trampdan müsəlmanlara qarşı yenidən sərt ismarış

Prezidentliyə namizəd hökuməti ciddi addımlar atmağa çağırdı.
Donald Tramp
Donald Tramp

ABŞ prezidentliyinə namizəd Donald Tramp Orlando şəhərində gecə klubuna edilmiş hücuma münasibət bildirib. O, hökuməti bundan sonra müsəlmanları ölkəyə buraxmamağa çağırıb. ANS PRESS-in məlumatına görə, Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb.

"Orlandoda baş verənlər yekun deyil, başlanğıcdır. Ölkə rəhbərliyimiz zəif və səriştəsizdir. Mən bundan əvvəl də qadağaya dair bəyanatlar vermişdim. Biz hər zaman belə hadisələrə hazır və sərt olmalıyıq", - deyə prezidentliyə namizəd yazıb.

Donald Tramp, həmçinin prezident Obamadan Orlando qırğınını "radikal İslam terroru" adlandırmağı tələb edib. "Əks halda istefa verməlidir", - deyən Tramp mövqeyini bildirib.

ABŞ-ın Florida ştatında homoseksualların yığışdığı gecə klubunun atəşə tutulması nəticəsində ölü sayı 50-yə çatıb. Yaralananların isə 53 nəfər olduğu bildirilir.

Bu barədə məbuata Orlando şəhərinin meri Baddi Dayera məlumat verib. Faciəni törədən şəxs isə öldürülüb. 

Gecə klubunda atışma

Onun 1986-cı il təvəllüdlü Omar Martin olduğu deyilir.  ABŞ mətbuatı Orlando şəhərində gecə klubuna hücum edən şəxsin fotolarını yayıb.  Hazırda Omar Martin adlı şəxsin radikal dini qruplaşmalarla əlaqəsinin olub-olmaması araşdırılır.

 

Şərhlər