Türkiyə Suriya ərazisinə qoşun yeritdi

"Fırtına" özüyeriyən topları PYD-ni bombalamağa başladı.
Türkiyə silahlı qüvvələri Suriya ərazisində PKK terror qruplaşmasının yerli bölməsi PYD-nin mövqelərini bombalamağa başlayıb.

ANS PRESS-in məlumatına görə, türk KİV-ləri bildirir ki, bu dəqiqlərdə Türkiyə Silahlı Qüvvələrinə məxsus "Fırtına" özüyeriyən topları sərhədin yaxınlığında Suriya ərazisində yerləşən Azez qəsəbəsini atəşə tutub. Topların hədəfi qəsəbədəki PYD mövqeləridir.

Döyüşün getdiyi ərazi


Bu hücumun Suriyadakı döyüşün taleyini təyin edəcəiyi düçünülür. Hələb cəbhəsində terror təşkilatı PKK-ya bağlı PYD iki gün əvvəl strateji Miniğ bazsını ələ keçirmişdi. PYD daha sonrada Türkiyə sərhədində olan və müxaliflərin can damarı olaraq bilinən Azez qəsəbəsinə hücuma başlamışdı.

PYD-yə Rusiyanın döyüş təyyarələrinin havadan dəstək verib. Rusiyanın dəstəyini arxasına alan terror təşkilatı Azezə 500 metr məsafədə yerləşən Şat kəndinə qədər girib. Azezi mashirəyə alan PYD kəndlərə ağır silahlarla atəş açıb.

"Fırtına" özüyeriyən topları


Əməliyyatdan bir neçə saat əvvəl Türkiyə baş naziri Əhməd Davudoğlu Suriya ərazisində mümkün hərbi əməliyyatdan bəhs etmişdi. O bildirmişdi ki, ölkəsi PYD-ni yerində oturtmağa hazırdır.


Əhməd Davudoğlu əsgərlərlə birlikdə


PYD-nin Azez qəsəbəsinə hücumundan öncə Suriyaya nəzarət edən güclər