Erməniləri qıran hərbçiyə hökm oxundu

Sıravi əsgər cəzasını ciddi rejimli islahedici müəssədə çəkəcək.
Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirməkdə ittiham olunan rusiyalı hərbçi Valeri Permyakovun məhkəməsi başa çatıb.

ANS PRESS-in məlumatına görə, Gümrü qarnizonun daxil olduğu Rusiya 5-ci Cənub Hərbi Dairəsinin məhkəməsi Permyakovu fərarilik və hərbi hissəni qanunsuz olaraq silahla tərk etdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edib. Permyakov cəzasını ciddi rejimli islahedici müəssədə çəkəcək. Gümri hərbi bazasında başlanan məhkəmə prosesində Rusiya 5-ci Hərbi Qarnizon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Aleksandr Şeldyayev sədrlik edib.


Valeri Permyakov məhkəmədə

Bu il yanvarın 12-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun Gümrü şəhərində 7 nəfərlik ailəni qəddarlıqla öldürüb. Avetisyan ailəsinin 6 üzvünü güllələyib, azyaşlı uşağı süngü ilə vurub.


Bu il yanvarın 12-də güllələnən erməni ailəsi

Yeddi gün boyunca həkimlər altıaylıq körpənin həyatı üçün mübarizə apararaq onun üzərində iki əməliyyat keçirsələr də, o, yanvarın 19-da vəfat edib. Qətlin törədilməsində Rusiya hərbi qulluqçusu Valeri Permyakov ittiham edilir. Yanvarın 14-də ona Ermənistanın və Rusiyanın Cinayət Məcəllələrinin müxtəlif maddələri üzrə ittiham irəli sürülüb. “Jamanak” qəzeti yazıb ki, məhkəmənin keçirilməsi barədə razılıq Ermənistan və Rusiyanın müvafiq strukturları arasında əldə olunub. İlkin məhkəmə iclası Gümrü şəhərində, Rusiya hərbi bazasının ərazisində keçiriləcək.


Məhkəmə keçirilən zal

Rusiya tərəfi V.Permyakovun işi ilə bağlı yekun ittiham aktını açıqladıqdan sonra cinayət işi arasdırılma üçün Ermənistan tərəfinə təhvil veriləcək. Bu zaman məhkəmə iclası dayandırıla və Permyakov Ermənistan hüquq-mühafizə orqanlarının nəzarətinə keçə bilər.


Permyakov günahını boynuna alıb

Qəzetin yazdığına görə, Rusiya tərəfi məhkəmə prosesi başa çatandan sonra Valeri Permyakovun Ermənistan ərazisində cəzasını çəkməsinə razılıq verib. Amma Gümrüdə Avetisyan ailəsinin qətli haqqında açılan cinayət işi üzrə vəkilləri İstintaq Komitəsinə dəvət etməyiblər. Vəkil Yerem Sarkisyan bildirib ki, hazırda hadisə ilə bağlı toplanmış sənədlərin Rusiya tərəfindən tərcüməsi aparılır. İttiham edilən Valeri Permyakova gəlincə, o, Rusiya bazasındadır.



Həmçinin oxuyun: Valeri Permyakov günahını boynuna aldı

Gümrü qətlinin təfərrüatı