Lavrov Bakıda görüşə başladı

"Danışıqların mövzularını geniş ictimaiyyətlə müzakirə etmirik".
Sergey Lavrov
Sergey Lavrov

11:30 / Lavrov Rusiya Azərbaycan arasında əməkdaşlığı böyütməyə çağırdı

"Dünya iqtisadiyyatındakı mənfi tendesiyaları nəzərə alsaq Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişafı xüsusi diqqət tələb edir". 

ANS PRESS-in məlumatına görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib. 

O, qeyd edib ki, yaxın zamanda gözlənilən ticari-iqtisadi əməkdaşlıqla bağlı hökumətlərarası komissiyanın iclası iki ölkə arasında biznes əməkdaşlığının, birbaşa əlaqələrin artmasına yol açacaq. 

10:58 / "Biz nəyisə gizlətmirik"

"Mən qısa olaraq deyim ki, biz danışıqların mövzularını geniş ictimaiyyətlə müzakirə etmirik".

ANS PRESS-in məlumatına görə, bunu Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrov deyib. O, Qarabağla bağlı danışıqların detallarını aça bilib-bilməyəcəkləri barədə suala cavabında belə deyib. 

"Biz nəyisə gizlətmirik. Etik qaydalar bundan ibarətdir".

Elmar Məmmədyarov və Sergey Lavrov
Elmar Məmmədyarov və Sergey Lavrov

10:46 / "Azərbaycan Rusiya-Türkiyə yaxınlaşmasını alqışlayır"

Azərbaycan və Rusiya XİN rəhbərləri arasında keçirilən görüşdə Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması da müzakirə mövzusu olub.

"Azərbaycan münasibətlərin istiləşməsi istiqamətində atılan addımları alqışlayır. Bu yaxınlaşma regiona da müsbət təsirini göstərəcək", deyə Elmar Məmmədyarov bildirib. 

Lavrov da öz növbəsində bunu təsdiqləyib. O, deyib ki, yaxınlaşma Rəcəb Tayyib Ərdoğanın məktubundan sonra başlayıb. "Bu müsbət yaxınlaşma Suriya münaqişəsinə də müsbət təsir göstərə bilər".

XİN rəsmisi deyib ki, ABŞ dövlət katibi Con Kerri Moskvaya gələcək və səfər zamanı Suriya münaqişəsi də müzakrə olunacaq. "Əsas məsələ atəşkəs rejiminin saxlanılmasıdır". 

XİN rəhbəri Azərbaycan, Rusiya və İran prezidentlərinin gözlənilən förüşü barədə də məlumat verib. O, deyib ki, görüşün tarixi barədə qərar avqust ayında veriləcək.

S.Lavrov və E.Məmmədyarov
S.Lavrov və E.Məmmədyarov

10:38 / Nazir: "İntensiv dialoq mərhələsindəyik"

"Dünən Azərbaycan prezidenti İlham Əliyev Sergey Lavrovu qəbul edib, müzakirələr konkret mövzular ətrafında aparılıb. Əldə olunan razılaşmalara əsasən intensiv dialoq mərhələsindəyik. Müəyyən irəliləyişlərin olması istiqamətində müzakirələr olub".

ANS PRESS-in məlumatına görə, bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüş barədə danışan azərbaycanlı nazir Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. 

O, qeyd edib ki, hazırda intensiv dialoq formalaşdırılıb. Minsk qrupunun həmsədrləri də bu məsələdə fəal iştirak edirlər. "Prezident İlham Əliyev də ABŞ dövlət katibi ilə də görüş keçirib. Müzakirələrin məqsədi hələ də razılaşdırılmamış məsələlər ətrafında irəliləyişə nail olmaqdır. Bu məsələləri addım-addım həll etməliyik ki global təhlükəsizliyə təhdid təşkil edən münaqişəni həll edək".

Rusiya XİN başçısı S.Lavrov da deyib ki, bu görüşlər Azərbaycan və Ermənistan prezidentlərinin Sankt Peterburqda əldə olunan razılaşmalarının irəli aparılması üçün əhəmiyyətlidir. "Biz bir daha əmin olduq ki, qonşuluq və ikitərəfli mübasibətlərin inkişafi ilə bağlı münasibətlər qurulub".

10:31 / Lavrov Məmmədyarov görüşü başladı

Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş başlayıb.

Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, o cümlədən iki ölkə arasında münasibətlər müzakirə olunacaq.

Görüşdən öncə onlar arasında onlar arasında isti salamlaşma olub. Məmmədyarov səfərə görə bir daha həmkarına təşəkkür edib.

S. Lavrov dünən Azərbaycana işgüzar səfərə gəlib. Ötən gün Rusiya XİN başçısının Azərbaycan prezidenti ilə görüşü olub.

Comments