Azərbaycanlı nazir Lavrovla görüşəcək

Elmar Məmmədyarov rusiyalı həmkarı ilə ikitərəfli inkişafı müzakirə edəcək.
Xarici İşlər naziri Elmar Məmmədyarov
Xarici İşlər naziri Elmar Məmmədyarov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya işgüzar səfər edib. Rusiyalı nazir işgüzar səfəri çərçivəsində bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşəcək. 

ANS PRESS-in məlumatına görə, Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli dialoqun inkişafı və aktual beynəlxalq problemləri müzakirə edəcəklər.

Elmar Məmmədyarov və Sergey Lavrov
Elmar Məmmədyarov və Sergey Lavrov

Prezident İlham Əliyev Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşündə Azərbaycan-Rusiya münasibətlərindən danışıb. Prezident bildirib ki, ikitərəfli münasibətlərin möhkəmlənməsi ölkələr qarşısında duran əsas məsələdir.

"Ötən ay biz Vladimir Putinlə ikitərəfli münasibətləri müzakirə etdik. Hər iki ölkə qarşısındakı əsas məsələ iqtisadi, siyasi, nəqliyyat və humanitar sahədə olan münasibətlərin möhkəmlənməsidir. Biz irəliyə gedirik. Əminəm ki, bu əməkdaşlıq uğurlu olacaq" - deyə İlham Əliyev bildirib.

 

Şərhlər