İŞİD-in son vaxtlar Türkiyə və Avropaya niyə hücum etdiyi bilindi

Terror qruplaşma son bir ildə işğal etdiyi torpaqların xeyli hissəsini itirib.
İŞİD silahlıları
İŞİD silahlıları

18 ayda İraq və Suriyadakı torpaqların 1/4-i  İŞİD terrorçularından təmizlənib. ANS PRESS-in məlumatına görə, İHS beynəlxalq araşdırma və informasiya şirkəti bildirir ki, İŞİD-in son bir il yarımda işağal etdiyi torpaqların 25 faizi azad edilib. 

Məlumata görə, 2015-ci ilin yanvar ayında İŞİD-in nəzarəti altında olan ərazilər 60 min kilometr idi. İndi isə bu ərazi 15 min civarındadır. 

İHS mütəxəssisləri hesab edir ki, İŞİD son aylar tutduğu torpaqları itirdiyinə görə, Yaxın Şərq və Avropa ölkələrində müxtəlif terror hücumları həyata keçirir və bu cür hücumların sayının artacağı istisna edilmir.

İraqın Azərbaycandakı səfiri Fadhi Avad Əl-Şüveyli də ANS-ə müsahibəsində İŞİD-in İraq ərazisində işğal etdiyi torpaqların xeyli hissəsini itirdiyini təsdiqləyib. O bildirib ki, İraq ordusu terrorçuların nəzarəti altında olan torpaqların böyük hissəsini azad edib. İndi ordunun hədəfində Mosuldur.

İŞİD-in əlində olan İraq əraziləri (qırmızı)
İŞİD-in əlində olan İraq əraziləri (qırmızı)

İŞİD İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar terror qruplaşmadır və 3 yanvar 2014-cü ildə müstəqilliyini, 29 iyun 2014-cü ildə isə yeni xilafət yarandığını elan edib. İŞİD-in nəzarəti altında olan ərazilər əsasən neftlə zəngin torpaqlardır.

2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi.

2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi.

 

Şərhlər