Güclü partlayış 20 nəfərin həyatına son qoydu

Deyilənlərə görə, partlayışa səbəb maşında yerləşdirilən bomba olub.
Suriyada bazarda bombanın partlaması nəticəsində 20 nəfər ölüb, onlarla insan xəsarət alıb.

ANS PRESS-in məlumatına görə, hadisə Hələb şəhərində Hreytan diyarında yerləşən bazarda baş verib. Hadisə səbəb içərisində partlayıcı maddə olan avtomobilin partlaması göstərilir.


Hələb, Suriya


Hücumum hələ ki, kim tərəfindən törədilməsi məlum olmasa da, polis İŞİD silahlı qruplaşmasının hücumda əli olduğunu ehtimal edir. Bazarın şəhər sakinlərinin toplaşdığı yer olduğundan qurbanların sayının artacağı istisna edilmir. Bazara yaxın çoxlu iş yerləri, evlər, dükanlar var və partlayış nəticəsində onlara da güclü ziyan dəyib.

Partlayışdan sonra bəzi dükanlarda yanğın baş verib.


Partlayan maşın


Hadisə yerinə dərhal təcili tibbi yardım və yanğınsöndürən maşınlar cəlb olunub. Yanğın dərhal söndürülüb. Yaralılar isə təcili tibbi yardım vasitəsilə xəstəxanalara aparılıb. Xəsarət alanların bir neçəsinin vəziyyəti ağır olduğundan, onları Türkiyənin Kilis vilayətində xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı istintaq araşdırması başladılıb.

Suriyada gedən həm vətəndaş-qardaş müharibəsi, həm də İŞİD-lə mübarizə ölkəni, demək olar ki, tamamilə məhv edib, yüzlərlə insan bu müharibədə ölüb, minlərlə insan isə xəsarət alıb. Hər gün davam edən mübarizədə müxalifət qüvvələri Bəşər Əsəd ordusuna qarşı irimiqyaslı əməlliyyatlar həyata keçirir. Nəticədə bu akt ölkədə vəziyyəti gərginləşdirib, Bəşər Əsəd ordusu ilə sadə vətəndaşları üz-üzə qoyub.


Suriyanın bu günki vəziyyəti


Sentyabrın 30-dan etibarən isə Rusiya qırıcı təyyarələri Suriyaya ilk hava hücumu həyata keçirib. Əməliyatların Homs şəhərinin yaxınlığında həyata keçirildiyi deyilir. Rusiya İŞİD-ə qarşı mübarizə etdiyini desə də, ABŞ və başqa Qərb ölkələri, əslində, onun Bəşər Əsədə kömək etdiyini və dinc sakinləri güllələdiyini iddia edir.


Rusiyanın Suriyaya endirdiyi ilk zərbələr


Daha öncə Rusiya Federasiya Şurası Suriya ərazisində Rusiyaya məxsus Hərbi Hava Qüvvələrlərindən istifadəyə razılıq verib. Rusiya Prezident Administrasiyasının rəhbəri Serqey İvanov bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinə hərbi köməyin göstərilməsi barədə müraciət edib və müsbət cavab alıb.