Ruhaninin Azərbaycana səfər proqramı açıqlandı

Bakıda İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşü gözlənilir.
Həsən Ruhani - İran prezidenti
Həsən Ruhani - İran prezidenti

İran prezidenti Həsən Ruhaninin gələn ay Azərbaycana gözlənilən iki günlük səfərinin proqramı açıqlanıb. ANS PRESS-in məlumatına görə, bu barədə müzakirələr İran İslam Respublikasının prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəngi zamanı aparılıb. 

H.Ruhaninin səfərinin məqsədi Azərbaycan və Rusiya prezidentləri ilə üçtərəfli görüşdə iştirak etməkdir. Prezidentlərin üçtərəfli görüşünün də keçirilməsi nəzərdə tutulub. Görüşdə üçtərəfli sənədin imzalanması gözlənilir.

İran prezidentinin Bakıda həmçinin həm İlham Əliyev, həm də Vladimir Putin ilə ayrılıqda görüş keçirəcəyi nəzərdə tutulub.

İlham Əliyev və Həsən Ruhani arasında görüş (23 Fevral, 2016)
İlham Əliyev və Həsən Ruhani arasında görüş (23 Fevral, 2016)

Bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov avqust ayında Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ilə bağlı iş aparıldığını qeyd edib. Peskov bildirib ki, Rusiya dövlət başçısı İran və Azərbaycan prezidentləri ilə üçtərəfli görüşdə iştirak etmək üçün avqust ayında Bakıya səfər etməsi imkanları üzərində iş gedir.

İran və Azərbaycan prezidentləri isə sonuncu dəfə aprelin 14-də İstanbulda Azərbaycan və İran prezidentləri arasında görüş keçirilib. İlham Əliyev və Həsən Ruhani arasında təkbətək görüş təxminən yarım saat davam edib.

Fevralın 23-də dövlət başçıları Tehranda görüşüblər. İki dövlət arasında 11 müqavilə, anlaşma memorandumu imzalanıb. Sənədlər iki ölkə prezidentinin iştirakı ilə yüksək rütbəli rəsmilər tərəfindən imzalanıb.  

Həmin vaxt prezident İlham Əliyev iqtisadi sanksiyaların ləğv edilməsi münasibəti ilə Həsən Ruhanini  və İran xalqını təbrik edib. Prezident bildirib ki, Azərbaycan həmişə İrana tətbiq edilən sanksiyaların əleyhinə olub və beynəlxalq arenalarda öz fikrini bildirib.

 

Şərhlər