Polşanın paytaxtı Varşavada keçirilən NATO sammitinə qatılan Ukrayna prezidenti Pyotr Poroşenko sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Buna səbəb isə onun geyimi olub. Daha doğrusu, Ukrayna prezidenti Pyotr Poroşenko Varşavaya cırıq corabla gedib.
ANS PRESS-in məlumatına görə, Varşavada Ali Radanın deputatı Nadejda Savçenko ilə birlikdə Volınsk faciəsi qurbanlarının xatirəsini yad edən Poroşenko əklil qoymaq üçün dizüstə çöküb. Bu zaman Poroşenkonun şəkli çəkilib.
Daha sonra həmin şəkil sosial çəbəkədə yayılıb. Fotoda onun sol ayağındakı corabın arxa hissəsinin deşildiyi görünüb. Məhz həmin görüntü geniş müzakirələrə səbəb olub.
У Порошенко носок порвался pic.twitter.com/BHijITRzqF
— Alexey (@Alekzzzzz) 8 июля 2016 г.
Bir müddət əvvəl də Poroşenko geyiminə görə qınaq obyekti olmuşdu. Belə ki, o, ABŞ-ın prezidenti Barak Obama ilə görüşə qırışıq kostyumla getmişdi.
Apreldə baş tutan görüşdən fotonu isə prezident administrasiyası özü rəsmi "Twitter" və "Facebook" hesablarında paylaşmışdı.
Україна та США розвинуть стратегічне партнерство – зустріч Президентів Порошенка та Обами https://t.co/YCO1ueyKbk pic.twitter.com/SIAcWda55E
— APU (@APUkraine) 1 апреля 2016 г.