NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə təmsilçisi Ceyms Appaturay Varşava şəhərində keçirilən sammitdə çıxış edib. Onun dediyinə görə, müzakirələrdəki bərabərlik uzun müddət davam etməyəcək, tarazlıq isə yalnız danışıqlar yolu ilə baş verməlidir.
ANS PRESS-in məlumatına görə, Appaturay NATO-da Azərbaycan və Ermənistanın atdığı addımlar izlənilir. Təmsilçi danışıqlar masasında məsələnin həlli üçün çoxlu təkliflərin olduğunu bildirib. Bir müddət əvvəl Azərbaycanın və qarşı tərəfin xarici işlər nazirləri ilə görüşən Ceyms Appaturay qeyd edib ki, münaqişənin həlli yolunda istənilən nəticəyə yalnız danışıqlar yolu ilə nail olunmalıdır.