İlham Əliyev ATƏT-in sədri ilə görüşdü

Prezident Qarabağ münaqişəsinin həlli ətrafında Ştaynmayer ilə fikir mübadiləsi aparıb.
İlham Əliyev və  Frank-Valter Ştaynmayer
İlham Əliyev və Frank-Valter Ştaynmayer

Azərbaycan prezidenti İlham Əliyev iyulun 8-də Varşavaya yollanıb. Burada o, Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparılıb.

İlham Əliyev və Frank-Valter Ştaynmayer
İlham Əliyev və Frank-Valter Ştaynmayer

Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb. ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev Sammitin açılışında iştirak edib. NATO-nun Varşava Sammitində Alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrdən, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirlər. NATO-nun baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını salamladılar. Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər. Sonra NATO-nun Sammiti işə başladı.

ABŞ Dövlət katibi Con Kerri Qarabağ münaqişəsini NATO sammitində müzakirəyə çıxarıb. Dövlət rəsmisi Qarabağ münaqişəsi barədə Azərbaycan və Ermənistan dövlət başçıları ilə söhbət edib.

ANS PRESS-in məlumatına görə, bu haqda departamentin təmsilçisi Con Kirbi Vaşinqton şəhərindəki brifinqdə rəsmi açıqlama verib. Kirbinin sözlərinə görə, dövlət katibi bir daha Vyana və Sankt-Peterburq danışıqlarında əldə edilən razılıqlara əməl olunmasının vacibliyini xatırladıb. Con Kerri ABŞ tərəfinin münaqişənin dinc yolla həll edilməsində maraqlı olduğunu deyib.

 

Şərhlər