Birləşmiş Krallıq Əfqanıstandakı hərbçilərin sayını artıracaq

Baş nazir Kemeron Varşavada bəyanat verib.
Devid Kemeron - Böyük Britaniyanın baş naziri
Devid Kemeron - Böyük Britaniyanın baş naziri

Böyük Britaniya Əfqanıstana əlavə 50 hərbçi göndərərək hərbi kontingentinin sayını 500-ə çatdıracaq. ANS PRESS-in “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.

Varşavada NATO sammitində iştirak edən baş nazir bundan sonra da Əfqanıstan hökuməti ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. “Avropa İttifaqının tərkibindən çıxmaq qərarına baxmayaraq Böyük Britaniya dünyadakı aparıcı rolunu davam etdirəcək”, - deyə Kemeron vurğulayıb.

Son aylar “Taliban” hərəkatının artan hücumları ilə əlaqədar Əfqanıstanda vəziyyət kəskin pisləşib. Həmçinin ölkədə İŞİD-in təsirinin artması müşahidə olunur.

ABŞ ordusunun əsgəri
ABŞ ordusunun əsgəri

Amerika Birləşmiş Ştatları hökuməti Əfqanıstanda qalacaq qoşunların sayını artırıb. ANS PRESS-in "CNBC"yə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama bu barədə açıqlama verib. Obama bildirib ki, qoşunların Əfqanıstanda qalması terrorizmə qarşı mübarizədə əfqan hökumətinə dəstək məqsədi daşıyır.

Obama 2016-cı ilin sonuna qədər qoşunların sayını azaltmağı planlaşdırsa da Taliban silahlıları tərəfindən törədilən zorakılıqların artması Ağ Evi bu barədə yenidən düşünməyə vadar edib.

2012-ci ildə NATO hərbi qüvvələri Əfqanıstandan çıxmaq barədə strategiya planı qəbul etmişdilər. Plana əsasən, hərbi qüvvələrin tədricən ölkəni tərk etməsi və bu müddət ərzində əfqan hərbi qüvvələrinin ölkədə təhlükəsizlik xidmətini tam ələ alması nəzərdə tutulurdu.

 

Şərhlər