“İşğal altında – Ağdam” kompüter oyununu təqdim olundu

İlin sonunadək Azərbaycanın işğal edilmiş bölgələrinə həsr edilən daha bir kompüter oyununun təqdimatı gözlənilir
“İşğal altında – Ağdam” kompüter oyunu döyüş janrında hazırlanıb və Qarabağ müharibəsini əks etdirir. Oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir. Burada kompüter qrafikası təkmilləşdirilib, xüsusi effektlərdən istifadə edilib. Oyunun qrafikası qarabağın, həmçinin ağdam şəhərinin real görüntüləri üzərində qurulub. Şəhərin görüntüləri 2 zaman kəsiyində - işğaldan öncə və işğaldan sonra göstərilib.

Bu, işğal altında olan bölgələrimizə həsr edilmiş sayca ikinci kompüter oyunudur. İlk oyun “işğal atında – Şuşa” bir il əvvəl kompüter oyunları həvəskarlarına təqdim olunub. Yeni oyunda isə eyni zamanda Azərbaycanın hərbi sənayesinin uğurları, istehsal olunan silah və texnikalara da yer verilib.

İlin sonunadək Azərbaycanın işğal edilmiş bölgələrinə, o cümlədən tarixinə həsr edilən daha bir kompüter oyununun təqdimatı gözlənilir.