Rusiya-Gürcüstan müharibəsindən 7 il keçir (FOTO)

Gürcüstanda 2008-ci il müharibəsinə həsr olunmuş sərgi də açılıb
Tiflisdə avqustun 8-də Rusiya-Gürcüstan müharibəsinin 7-ci ildönümü qeyd olunur.

ANS PRESS-in məlumatına görə, 2008-ci il avqustun 8-nə keçən gecə rəsmi Tiflisin Cənubi OsetiyadaAbxaziyada nəzarəti bərpa etmək cəhdlərindən sonra Rusiya Silahlı Qüvvələri Gürcüstana qoşun yeridib.

2008-ci il avqustun 8-də separatçı Cənubi Osetiya münaqişəsi bölgəsi ətrafında günbəgün gərginləşən vəziyyət nəzarətdən çıxdı və Gürcüstan ordusu gecə saatlarında itirdiyi ərazilərini qaytarmaq üçün Sxinvali üzərinə hücuma keçdi. Günün birinci yarısında dünya xəbər agentlikləri gürcü ordusunun müvəffəqiyyətli hücumu və Sxinvaliyə nəzarəti ələ keçirməsi haqda xəbərlər yaymaqda idi.


Rus hərbçiləri

Avqustun 9-da Rusiyaya məxsus 150 tank Şimali Osetiya istiqamətindən Cənubi Osetiyaya daxil olub. Rus qoşunları və separatçılar əks-hücuma keçərək bölgəni Rusiya ilə əlaqələndirən Roki tunelini geri qaytardı və Rusiya qoşunlarının bu yolla irəlilədi.

Nəticədə Gürcüstan-Rusiya müharibəsi rus və gürcü xalqları arasında uçurum yaratdı. Gürcüstan Rusiyaya nəinki quru, hətta hava yolunu da bağlayıb. Müharibə nəticəsində Cənubi Osetiyadan 30.000-ə yaxın gürcü qaçqın itkin düşüb.

Beynəlxalq və yerli mənbələr həmin vaxt münaqişə zamanı mindən çox insanın həlak olduğunu bildiriblər. Beşgünlük müharibənin nəticəsində Rusiya Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyini" tanıyıb, həmin ərazilərə əlavə hərbi qüvvə və silah-sursat yerləşdirib.


Evindən qaçqın düşən gürcü ailəsi

Rusiya, Nikaraqua, Venesuela və Nauru kimi ölkələrdən başqa bütün dövlətlər Cənubi Osetiyanı və Abxaziyanı Gürcüstan ərazisi kimi tanıyır.

İki ölkə arasında diplomatik əlaqə kəsilsə də, 2012-ci ilin sonlarında Rusiya və Gürcüstan ticarət, iqtisadiyyat və humanitar məsələlər üzrə dialoqu bərpa ediblər.

Gürcüstanın ərazi bütövlüyü məsələsi Tiflisin, Moskvanın, eləcə də Abxaziya və Cənubi Osetiyanın iştirakı ilə 2008-ci ilin oktyabrından etibarən Cenevrə diskussiyası adı altında mütəmadi müzakirə olunur. Bu danışıqlarda BMT, Avropa İttifaqı, ATƏTABŞ da işrirak edir.


Yeddi il əvvəl baş verən hadisə

Həmçinin oxuyun:
Qadın müdafiə naziri ruslara meydan oxudu
Rusiya-Gürcüstan müharibəsi ANS-in efirində
"Beşgünlük müharibə"dən 6 il keçdi