İlham Əliyevin Varşavada Qarabağ danışıqları

Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşür
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşür

Polşada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun: İlham Əliyevin iştirak etdiyi böyük sammit başladı

İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə

İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün iyulun 7-də Polşanın paytaxtı Varşavaya işgüzar səfərə gəlib.

NATO-nun Varşavada keçiriləcək sammitində 18 prezident iştirak edəcək. Prezidentlərlə bərabər 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Təşkilatın iclası iyulun 8-9-da Polşanın paytaxtı Varşava  şəhərində keçiriləcək.

 

Şərhlər