Azərbaycan Ukraynadan 10 hərbi təyyarə alır

Bu barədə Ukrayna baş nazirinin müavini Gennadi Zubko məlumat verib.
"An-178" təyyarəsi
"An-178" təyyarəsi

Azərbaycan "An-178" Ukrayna təyyarələrinə görə artıq avans ödəyib. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna baş nazirinin müavini Gennadi Zubko deyib.

Onun sözlərinə görə, Azərbaycanla bağlanmış müqavilə çərçivəsində Ukrayna artıq ilk An-178 təyyarəsinə görə avans alıb.

"10 təyyarənin alınması ilə bağlı müqaviləmiz var. Həmçinin iyun ayında iki təyyarənin təhvil verilməsi ilə bağlı avans da ödənilib. Biz Azərbaycan tərəfinə maliyyələşməni həyata keçirdiyi üçün minnətdarıq", - deyə nazir bildirib.

Onun sözlərinə görə, "Antonov" təyyarələrinin alınması üçün Türkmənistan, Qazaxıstan və digər ölkələrdən də real təklif var.

Baş nazirin müavini xatırladıb ki, bu razılaşma ötən həftə Azərbaycanla aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə dair əldə olunub.

Razılaşma çərçivəsində "Antonov" ilkin proqramını, planlaşdırma təşkilatının strukturunu və Azərbaycan ərazisində "An-178" təyyarələrinin yığılması üzrə müəssisənin tikintisi və fəaliyyətinin təmin edilməsi barədə məlumatı Azərbaycan tərəfinə təqdim etməlidir.

Gennadi Zubko  - Ukrayna baş nazirinin müavini
Gennadi Zubko - Ukrayna baş nazirinin müavini
 

Şərhlər