Şuşada Azərbaycan dilində danışan ermənilər

“Bizə yaxınlaşaraq deyirdilər harda qalmısınız, niyə gəlmirsiniz buralara?”
Şuşa şəhərində yaşayış binası
Şuşa şəhərində yaşayış binası

“Şuşada ermənilər bizə yaxınlaşaraq Azərbaycan dilində Qarabağ ləhcəsində danışırdılar. Deyirdilər harda qalmısınız, niyə gəlmirsiniz buralara?”.    

Bu barədə ANS TV-nin «Nəzər nöqtəsi» verilişində  Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbəri, rejissor Azərpaşa Nemətov 2009-cu ildə Şuşaya etdiyi səfəri xatırlayan zaman bildirib. 

Rusiya prezidentinin mədəni əməkdaşlıq məsələləri üzrə nümayəndəsi Mixail Şvıdkonun Azərbaycan və Ermənistan ziyalılarının görüşlərinin bərpa olunması barədə irəli sürdüyü təşəbbüsü şərh edən zaman bildirib.

2009-cu ildə belə bir görüşdə iştirak etdiyini xatırladan Azərpaşa Nemətov  bu çərçivədə həm Ermənistanda, həm də Şuşada olduğunu, həmçinin Azərbaycana gəlmiş erməni ziyalılarla qarşılaşdığını xatırlayır və həmin görüşlərin separatçı rejim tərəfindən  dayandırıldığını bildirib: "Gördülər ki, bu görüşlər onların ziddinə ola bilər".   

“Qarabığımızı çox pis vəziyyətdə gördüm - yollar pis gündə, Şuşa bərbad vəziyyətdə idi. Evlərin çoxu dağınıq idi”,- deyə Azərpaşa Nemətov bildirib. 

Azərpaşa Nemətov Qarabağa səfər barədə
Azərpaşa Nemətov Qarabağa səfər barədə 2
 

Şərhlər