Dağlıq Qarabağ münaqişəsi NATO-da müzakirə olunacaq

“Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi üçün sammit yaxşı imkandır”.
NATO-nun iclası
NATO-nun iclası

Dağlıq Qarabağ münaqişəsi NATO-nun  Varşavada keçirilən sammitində müzakirə olunacaq. 

ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, - deyə Uorlik yazıb. 

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan da NATO-nun sammitində iştirak edəcək.

Bir müddət əvvəl İlham Əliyev və Serj Sarkisyanın növbəti görüş yerinin Varşava olacağı barədə Ermənistan mətbuatında məlumat yayılmışdı. Məlumata görə, iyulun əvvəlində Polşanın paytaxtında NATO-nun sammiti keçiriləcək. Bu tədbiri alyansın baş katibi Stoltenberq artıq təşkilatın tarixində bir dönüş kimi qiymətləndirib. Sammitdə Rusiyanın alyansa ciddi təhlükə olduğu və NATO-un Qara dənizdə hərbi potensialı artırması haqda elan veriləcəyi gözlənilir. 

NATO-nun Nyu-Portda keçirilən sonuncu sammitinə İlham Əliyev və Serj Sarkisyanın dəvət olunması və burada ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Dağlıq Qarabağ probleminin həll olunmasına dair danışıqlar çərçivəsində prezidentlərin görüşməsi növbəti görüşün Varşavada baş tuta biləcəyi ehtimalını artırır.  2014-cü ildə Nyu-Portda Qərb tərəfləri gərginliyin aradan qaldırılması üçün səylərini əsirgərməməyə çağırmışdı.

Diqqətçəkən məqamlardan biri bu görüşdən əvvəl Vladimir Putinin təşəbbüsü ilə Soçidə Əliyev və Sarkisyanın iştirakı ilə 3 tərəfli görüşün təşkil olunması idi. O zaman Putin problemin həll olunması üçün 3 ölkə arasında mövcud olan tarixi münasibətlərdən istifadə olunmasını vacib hesab etdiyini bildirmişdi. Soçidəki görüş ATƏT-siz keçirilmişdi. Ondan sonra daha bir görüş Fransada baş tutmuşdu. 

Prezidentlərin Paris görüşü
Prezidentlərin Paris görüşü