Elmar Məmmədyarov Rusiyaya gedir

İclasda 2016-cı ilin planının müzakirə olunması nəzərdə tutulub.
Elmar Məmmədyarov - xarici işlər naziri
Elmar Məmmədyarov - xarici işlər naziri

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya gedir. ANS PRESS-in məlumatına görə, nazir Moskva şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün bu gün Rusiyaya yola düşəcək.

İclasda MDB çərçivəsində Xarici İşlər nazirlikləri arasında bir çox sahələrdə məsləhətləşmələrin həyata keçirilməsinə dair 2016-cı ilin planının müzakirə olunması nəzərdə tutulub.

Bu gün Rusiya, Azərbaycan və İranın xarici işlər nazirləri (XİN) Bakıda birgə görüş keçirib. Görüşün əsas mövzusu, xüsusilə Dağlıq Qarabağdakı vəziyyət və Xəzər üzrə əməkdaşlıq olub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri ötən gündən başlayıb. O, Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı rəsmilər son günlər qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsi və çoxlu insan itkisinin olmasından danışıblar.

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya xarici işlər naziri Sergey Lavrov
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya xarici işlər naziri Sergey Lavrov