Sahil Qasımov "Hesabat"ın qonağı olub

Dünyada azərbaycanlılar arasında ciddi müttəfiqlik problemi yoxdur.
Sahil Qasımov-Benilüks azərbaycanlıları konqresinin prezidenti
Sahil Qasımov-Benilüks azərbaycanlıları konqresinin prezidenti

“Bu gün Azərbaycana gəlmək üçün azərbaycanlılar həftələrlə viza ala bilmirlər. Brüsseldən savayı, digər Avropa ölkələrində vizanın alınması ən azı iki həftə vaxt aparır”. Bu sözləri Benilüks azərbaycanlıları konqresinin prezidenti Sahil Qasımov ANS TV-nin "Hesabat" verilişində Mir Şahinə müsahibəsi zamanı bildirib.

Prezidentin sərəncamı ilə vizaların verilməsi ilə bağlı xidmətlərin ASAN Xidmətə verilməsindən sonra bu problemlərin aradan qalxacağına inandığını söyləyən Sahil Qasımov bununla da ölkəmizə turistlərin sayının çoxalacağına zəmin yaradacağını bildirib.

Bakıda sadəcə 5 ulduzu otellərin fəaliyyət göstərdiyini, bundan başqa 3 və 2 ulduzlu otellərin, motellərin, hostellərin də olmamasını mənfi hal kimi dəyərləndirən qonaq kütləvi turizmlə məşğul olmaq üçün bu cür problemlərin aradan qaldırılmasının önəmliyini diqqətə çatdırıb.

Sahil Qasımov daha sonra dünyada azərbaycanlılar arasında ciddi müttəfiqlik problemlərinin olmadığını diqqətə çatdırıb.

“Biz xalq olaraq iddialı xalqığ. Hər bir Azərbaycan icması bu gün iddialıdır. Hər hansı şəhərdə, ölkədə öz iddiasını sağlam rəqabət şəklində ortaya qoyur. Rəqabətlər mövcuddur, əgər bu gün bu olmasa, demək olar ki, Azərbaycan icması bu gün işləmir”, - deyə Sahil Qasımov bidirib.

Sahil Qasımovun "Hesabat" verilişində Mir Şahinə müsahibəsi