Sarkisyan təslim oldu

Ermənilərin ayağa qalxması hökumətin qərarını dəyişmədi
Ermənistanda kütləvi etiraz aksiyaları keçirilsə də parlamanet ölkənin Avrasiya İqtisadi Birliyinə üzv olması ilə bağlı sazişi ratifikasiya edib.

ANS PRESS-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında 103 deputat sazişin ratifikasiya edilməsinin lehinə, 7 nəfər isə əleyhinə səs verib.

Bununla da Ermənistanın 2015-ci il yanvarın 1-dən etibarən Avrasiya İqtisadi Birliyinə üzvlüyü qüvvəyə minəcək.

Qeyd edək ki, Ermənistanda sazişin ratifikasiya edilməməsi üçün kütləvi etiraz aksiyaları keçirilmişdi. Müxalifətin təşkil etdiyi aksiyalarda Ermənistan prezidenti Serj Sarkisyanın istefası tələb olunurdu. Erməni politoloqlar da Sarkisyanın Ermənistanın AİB-ə üzv olması ilə bağlı qərarını tənqid etmişdilər. Politoloqlar bildirirdilər ki, Sarkisyan belə bir qərar verməklə nəhayət ki, Rusiya ilə evləndi.