ANS yüksəkliklər uğrunda döyüşən əsgələrlə görüşdü

Çəkiliş qrupunun görüşdüyü hərbçilər döyüşdən yeni geri qayıdıblar.
Cəbhəyə ezam olunmuş ANS-in xüsusi müxbirləri və əsgərlər
Cəbhəyə ezam olunmuş ANS-in xüsusi müxbirləri və əsgərlər

Bu gün ANS-in xüsusi çəkiliş qrupu döyüşlər gedən cəbhə xəttində olub. Çətin şəraitdə çəkilişlər aparan Mir Şahin və Vahid Mustafayev kəndlərdəki vəziyyət haqqında son məlumatları barədə xəbər verib.

Belə ki, ermənilər dinc insanların yaşadığı kəndləri qəsəbələri bombalamaqda davam edirlər.

Daha sonra çəkiliş qrupu yüksəkliklər uğrundakı döyüşdə uğur qazanandan sonra sağ-salamat geri qayıdan hərbçilərlə görüşüb. Görüntülərdə də əsgərlərin əhval ruhiyyəsinin yüksək olduğunu açıq aydın görmək mümkündür.

Əsgərlər ermənilərə layiqli cavab verdikləri üçün özlərini çox xoşbəxt hiss etdiklərini bildirərək doğmalarına ANS vasitəsi ilə salamlarını da göndəriblər.

ANS-in çəkiliş qrupu cəbhə bölgəsində əsgərlərlə görüşdü
 

Şərhlər