“Coca-Cola Azərbaycan”ın rəhbəri idman zalında öldü

O, 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi.
“Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becel vəfat edib.

ANS PRESS-in məlumatına görə, “qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, o, bu gün Bakıdakı ticarət mərkəzlərinin birinin idman zalında məşq edərkən vəziyyəti pisləşib. Cem Becelin infarktdan öldüyü deyilir.

Qeyd edək ki, Cem Becel “Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi.

ANS PRESS-in məlumatına görə, Azərbaycandan öncə o Türkiyə və İordaniyada adıçəkilən şirkətin nümayəndəsi kimi çalışıb.


Cem Becel