Rusiyanı yeni sanksiyalar dalğası bürüyür

ABŞ Rusiyanın bəzi şirkətlərini "qara siyahıya" salır.
ABŞ İranaKoreya Xalq Demokratik RespublikasınaSuriyaya görə Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

ANS PRESS-in məlumatına görə, bir sıra Rusiya şirkətləri ABŞın İran, Şimali Koreya və Suriyaya dair qəbul etdiyi "yayılmama" haqqında qanuna zidd fəaliyyətdə şübhəli bilinir.

ABŞ-ın yeni sanksiyalarına əsasən "qara siyahıya" salınan şirkətlər arasında Tulanın "Cihazqayırma konstruktor bürosu" , "Rosoboroneksport" şirkəti, "MİQ" təyyarəqayırma korporasiyası var.

"Yayılmama" haqqında qanun 1999-cu ildən başlayaraq İrana qarşı qəbul edilib. Qanun 2005-ci ildən Suriya və 2006-cı ildən isə Şimali Koreyaya qarşı da tətbiq olunamağa başlayıb.

ABŞ_ın növəbəti "qara siyahısına", həmçinin, Çindən, Şimali Koreyadan, BƏƏ-dən, Suriyadan, Sudandan, İrandan və Türkiyədən olan şirkətlər də düşüb.

Bu gün rəsmən təqdim olunacaq sənədə görə ABŞ-ın heç bir hökümət idarəsi "qara siyahıya düşən" şirkətlərlə nə texnologiya, nə də, ticarət baxımından müqavilə bağlaya bilməz.

Lakin sənəddə o da qeyd olunur ki, xüsusi istisnalar yalnız ABŞ dövlət katibinin qərarı ilə edilə bilər.

Bununla yanaşı, "ABŞ hökumətinə istənilən malları və müdafiə xarakterli xidmətləri çatdırmaq sturukturu da qadağan edilir". Onlara, həmçinin, ixracat üçün yeni lisenziyaların da verilməsi qadağandır.