Türkiyədə terrorçular məhv edildi

"Kobra" helikopterlərinin dəstəyi ilə əməliyyatlar həyata keçirilir.
Türkiyənin Van vilayətində daha iki PKK terrorçusu zərərsizləşdirilib.

ANS PRESS-in məlumatına görə, PKK terrorçuları vilayətin Çatak rayonunda Jandarma Komandanlığı və polis bölməsinə silahlı hücum ediblər.

Belə ki, terrorçular eyni zamanda Jandarma Komandanlığını və ondan 1 kilometr aralıda yerləşən polis bölməsini atəşə tutublar. Əsgər və polislər terrorçulara dərhal qarşılıq verib.

Atışma zamanı iki terrorçu öldürülüb, biri isə yaralanıb.

Hücumlardan sonra bölgədə havadan dəstəkli əməliyyat başladılıb. "Kobra" helikopterlərinin dəstəyi ilə həyata keçirilən əməliyyatlar davam edir. Terrorçular havanın qaranlığından istifadə edərək gizlənməyi bacara bilib.


Terrorçuların hücum etdiyi ərazi

Ölkənin şərqində yerləşən Ağrı vilayətində isə 3 PKK terrorçusu zərərsizləşdirilib.

Türkiyə terrora qarşı mübarizə idarəsi və xüsusi xidmət orqanlarının dəstəyi ilə Ağrı vilayətində aparılan əməliyyat nəticəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.

Evlərdən birinə axtarış aparmaq üçün daxil olan polisə PKK üzvləri silahlı müqavimət göstəriblər. Nəticədə terrorçular məhv edilib.


"Kobra" helkiopterlərinin dəstəyi ilə əməliyyat başladılıb