ABŞ hərbi gəmiləri İran sularında

Pentaqon: Ticarət gəmilərini bir müddət hərbi gəmilər müşaiyət edəcək
ABŞ Hörmüz boğazındakı gəmilərlə bağlı qərar verib.

ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama verib.

Bildirilir ki, Hörmüz boğazında ABŞ bayrağı altında üzən ticarət gəmilərini bir müddət hərbi gəmilər müşaiyət edəcək.

Qeyd edək ki, aprelin 28-də İran Marşal adalarının bayrağı altında üzən ABŞ yük gəmisini saxlamışdı. İran tərəfi bəyan etmişdi ki, ABŞ gəmisinin saxlanılmasının arxasında heç bir siyasi və ya hərbi motiv dayanmır.

Tehran bir neçə saat sonra saxladığı Marşal adalarının bayrağı altında üzən ABŞ yük gəmisini azad etmişdi.