Ərdoğan prokurorun girov götürülməsindən danışdı

"Bu ibrət dərsi olmalıdır"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan girov prokurorun azad edilməsindən danışıb.

ANS PRESS-in məlumatına görə, Ərdoğan açıqlamasında Mehmet Səlim Kirazın yaralandığını təsdiq edib:

"Girovun azad edilməsi əməliyyatın 2 terrorçu öldürülüb. Prokuror da güllə yarası alıb. Hazırda əməliyyatdadır. İnşallah, bu əməliyyatın nəticəsində sağlamlığına qovuşar. Bu ibrət dərsi olmalıdır. Təbii mən polisimizi xüsusilə etdiyi əməliyyat səbəbi ilə təbrik edirəm. Çünki onlar gərəyini yerinə yetirə biliblər. Həkimlərimiz də əllərindən gələni edirlər. Bundan sonra ədliyyə binasındakı vəzifəli şəxslərin işlərini qiymətləndirmək lazımdır".

Qeyd edək ki, Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparması səbəbindən girov götürüldüyü ehtimal olunur.