Vatikanda uşaq pornoqrafiyası (FOTO)

Bu barədə şəhər-dövlətin baş prokuroru Can Pyero Milano açıqlama verib
Vatikanda uşaq pornoqrafiyasının saxlanılması ilə bağlı iki hadisə qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, bu barədə şəhər-dövlətin baş prokuroru Can Pyero Milano açıqlama verib.

Prokuror qeyd edib ki, uşaq pornoqrafiyası saxlama ilə bağlı iki müxtəlif səpkili hadisə araşdırılır.

İtalyan KİV-nin məlumatına görə, hadisələrdən biri keçən il pedofiliya ittihamı ilə əlaqədar həbs edilmiş kardinal Yuzef Vesolovskoqo ilə bağlıdır .

Pornoqrafiyanın saxlanılmasının aşkar edilməsi haqqında məlumatlar bu günlərdə dərc edilmiş Vatikan prokurorluğunun fəaliyyəti haqqında illik hesabatda təqdim edilib.

İdarənin məlumatına görə, 2014-cü ildə üç dəfə Vatikana narkotikləri çatdırmaq cəhdi qeyd olunub. Qadağan edilmiş maddələr poçt ilə xarici ölkələrdən göndərilib. Bundan başqa, keşişlərdən biri kilsə xəzinəsindən vasitələrin oğurluğu üçün saxlanılıb.