Şəmkir-Gədəbəy yolunda 15 yaşlı qız özünü ağacdan asıb
Hadisə bu gün saat 14 radələrində baş verib
Şəmkir rayonunun Çardaxlı kəndi ərazisində, Gədəbəy rayonuna ayrılan yolda intihar qeydə alınıb. Şahidlərin ANS PRESSə verdiyi məlumata əsasən, 15 yaşlı Aynur Azər qızı Vəliyeva özünü armud ağacından asıb. Həmin qızın əslən Ermənistanın Vardeniz rayonunun Balaməzrə kəndindən olduğu bildirilir. Hadisə yerində polis əməkdaşları və məhkəmə-tibbi ekspertləri müayinələr apırır. İntiharın səbəbləri araşdırılır. Kənd sakinlərinin ANS PRESSə verdiyi məlumata görə, Aynurun ailəsi həddən artıq imkansız olub. Vaxtaşırı onların evində mübahisələr baş verirdi ki, çox vaxt onların nəticəsində Aynur döyülürdü. Hadisəyə ilkin səbəb kimi də ailə münaqişəsi göstərilir /ANS PRESS/. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 12.10.2008 16:44 © anspress.com |