"Elə direktorlar var ki, təhsilin müasir problemlərini lazımınca dərk etmir"...
Təhsil naziri Misir Mərdanov

«Təəssüf ki, yüksək uğurları ilə fərqlənən məktəblərimizin sayı arzu olunandan xeyli azdır». Bu haqda ANS PRESS-ə təhsil naziri Misir Mərdanov məlumat verib. Onun sözlərinə görə, məktəbin nəticələrinə təsir edən amillər müxtəlifdir. «Burada maddi-texniki baza da, kadrlar da, dərslik və metodik təminat da müəyyən rol oynayır. Fikimcə, məktəbdə kimin rəhbərlik etməsi, direktor amili daha həlledicidir. Elə direktorlar var ki, təhsilin müasir problemlərini lazımınca dərk etmir, yenilikləri qəbul etmək istəmir, köhnə təssəvvürlərdən və təfəkkür ərzindən yaxa qurtara bilmir. Vəzifə məsuliyyəti, təşkilatçılıq qabliyyəti kollektivi vahid məqsəd ətrafında səfərbər etmək baxımından müasir tələbləri ödəmir. Eləcə də yaradıcılıq və təşəbbüskarlıqları ilə fərqlənmirlər». Nazir hesab edir ki, belə direktorların rəhbərlik etdiyi məktəblərdə təlim keyfiyyəti daim aşağı olur. «Təbii ki, onlarla müasir inkişafı şərtləndirən təhsil ideyalarını həyata keçirmək qeyri-mümkündür. Bütün bunlarla əlaqədar direktorların attestasiyası və təyinatı ilə bağlı yeni mexanizmlərin işlənib-hazırlanması yaxın gələcəkdə ən vacib vəzifələrimizdəndir»-, deyə o, bildirib.

Gülnaz Qənbərli \ANS PRESS\

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 12.10.2008 13:06

© anspress.com