Moskvada skinhedlər daha bir qafqazlını öldürüblər
Araşdırmalar zamanı məlum olub ki, zorakılıq nəticəsində dünyasını dəyişən - Ermənistan vətəndaşıdır
Moskvanın şimal-şərq administrativ dairəsində Ermənistan vətəndaşı qətlə yetirilib. «İnterfaks» informasiya agentliyinin məlumatına görə, meyit səhər saatlarında İlimskaya küçəsində aşkar edilib. Aparılmış məhkəmə-tibbi ekspertizasından sonra məlum olub ki, 1964-cü il təvəllüdlü həmin şəxs gecə saat 4 radələrində güclü zərbələrə məruz qalıb və ürəyindən aldığı bıçaq yarasından dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 12.10.2008 13:13
© anspress.com
|