«Els» araşdırmalar mərkəzinin apardığı sorğuya əsasən, respondentlərin 86 faizi səsvermədə iştirak etmək niyyətindədir
Oktyabrın 15-də baş tutacaq prezident seçkilərində exit-poll keçirəcək «Els» araşdırmalar mərkəzi ölkədəki seçkiqabağı mühiti öyrənmək məqsədilə sorğu aparıb. Sosioloji tədqiqatın nəticələrinə görə, respondentlərin 86 faizi səsvermədə iştirak etmək niyyətindədir. Sorğu iştirakçılarının 7,5 faizi isə seçkilərə qatılıb-qatılmayacağını hələ müəyyənləşdirməyib. Eyni zamanda suallara cavab verənlərin 6, 5 faiz səsvermədə iştirak etməyəcəklərini deyib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 12.10.2008 14:22
© anspress.com
|