Çində tərkibində kimyəvi maddə olan sudan 450 nəfər zəhərlənib
Kimyəvi mettallurgiya zavodunun suyu arsenlə çirkləndirməsi zəhərlənməyə səbəb olub

Çinin cənubunda tərkibində arsen kimyəvi maddəsi olan sudan zəhərlənənlərin sayı 450 nəfər olub. Zərərçəkmişlərin 23-ü 7 yaşına çatmayan uşaqlardır. Hazırda zəhərlənmiş insanlara tibbi yardım göstərilir, rayona içməli su daşınır.

Quansi-çujuan vilayətinin sakinləri ötən həftədən etibarən ürək bulanması, üz nahiyəsindəki şişlərdən və görmə qabiliyyətinin zəifləməsindən əziyyət çəkdiklərini bildiriblər. Analizlərin nəticələri onların qanında küllü miqdarda arsen maddəsinin olduğunu aşkar edib. Araşdırmalar zəhərlənmənin əsas səbəbinin kimyəvi mettallurgiya zavodunun suyu çirkləndirməsi olduğunu göstərib.

Qeyd edək ki, yaxınlarda Çində uşaq yeməklərindən də kütləvi zəhərlənmə faktı qeydə alınmışdı. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 12.10.2008 01:12

© anspress.com