İstanbulda terrorçu qadın tutulub
Onun İstanbulun Şişli bölgəsində terror törətməyə hazırlaşdığı bildirilir

İstanbul polisi 20 kiloqram partlayıcı maddə ilə bir qadının saxlanılması barədə məlumat yayıb. «Cihan» agentliyinin məlumatına görə, həmin partlayıcı maddə, Türkiyənin 12 min əhalisi olan şəhərinin Şişli rayonunda terror aktının törədilməsi üçün nəzərdə tutulubmuş.
30-35 yaşlı qadın xüsusi xidmət orqanlarının nəzarətində olub və Şişlidəki otellərdən birində tutulub. Onun Şimali İraqın Qəndil dağında təxribat hazırlığı keçdiyi də bildirilir. Qeyd edək ki, həmin bölgədə PKK terror təşkilatının düşərgələri yerləşir. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 11.10.2008 19:10

© anspress.com