Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsinin müşahidə missiyası oktyabrın 13-də Bakıya gələcək
Azərbaycana gələcək müşahidə missiyasının 158 nümayəndəsi artiq Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib

Oktyabrın 15-də keçiriləcək prezident seçkisini izləmək üçün  Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsinin (SMDŞ) müşahidə missiyası oktyabrın 13-də Bakıya gələcək. Müstəqil Mətbuat Mərkəzindən verilən məlumata görə, Azərbaycana gələcək müşahidə missiyasının 158 nümayəndəsi artiq Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. MSK qurumun digər müşahidəçilərinin də sənədlərini nəzərədən keçirir.
SMDŞ-nin müşahidəçiləri Azərbaycanın müxtəlif bölgələrində 350-dən çox məntəqədə səsvermənin gedişatını izləyəcəklər. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 11.10.2008 15:38

© anspress.com