Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib
«Ford» markalı yük maşını ilə toqquşan VAZ 2104 markalı avtmobilin 66 yaşlı sürücüsü həlak olub
Bu gün saat 19.30 radələrində Bakı-Quba yolunun 108-ci kilometrliyində, Dəvəçi rayonun Ağbaş kəndi ərazisində ölmülə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, «Akkord» şirkətlər qrupuna məxsus olan və Qaradağ rayonunun Lökbatan qəsəbəsi sakini 52 yaşlı Sədrəddin Niyazi oğlu Məmmədovun idarə etdiyi «Ford» markalı yük maşını ilə Ağcabədi rayon sakini, 66 yaşlı Zülfü Əmir oğlu Quliyevin idarə etdiyi VAZ 2104 markalı avtomobil toqquşub. «Ford» Quba istiqamətində, VAZ 2104 isə əks istiqamətdə hərəkət edirmiş. Toqquşma nəticəsində Zülfü Quliyev həlak olub. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.10.2008 23:01 © anspress.com |